
Uşaqlar "Novruz Masterklass-da" iştirak etdilər.
Baharın müjdəçisi olan Novruzu gələcəyin parlaq yaradıcıları ilə qarşıladıq! Əməkdaşlarımızın övladları ilə şəkərbura, paxlava, qoğal və yumurtalarımızı rəngləyib, birlikdə əyləncəli zaman keçirdik!Fibonacci oyununda həyəcanlı anlar yaşadıq!
Şirkətdaxili Fibonacci oyunu baş tutdu. Oyunumuzu pozitiv, enerjidolu və intellektual kadrlarımızla birgə reallaşdırdıq. Oyunumuz maraqlı və əyləncəli keçdi. Qalib olan əməkdaşlarımızı təbrik edirik!Komanda ruhumuzu hər yerdə nümayiş etdiririk!
10 sentyabr tarixində başlamış "Şirkətlər Liqası" futbol turnirində eManat futbol komandası da iştirak etmişdir. İş mühitində olduğu kimi yaşıl meydanda da layiqincə birlik və bərabərlik nümayiş etdirdikləri üçün hər bir komanda üzvümüzə minnətdarıq.Biz evimizə qayıdırıq!
eManat şirkətinin İdarə Heyətinin üzvləri Azərbaycan Fintex Assosiasiyasının təşkilatçılığı ilə 30 ilə yaxındır ki, həsrətini çəkdiyimiz Şuşaya səfər etmişdir."Azərbaycanda Fintex Ekosistemi - bu gün və sabah" konfransında iştirakçı olduq
Üzvü olduğumuz Azerbaijan Fintech Association (Azfina)-nın təşkil etdiyi "Azərbaycanda Fintex Ekosistemi - bu gün və sabah" konfransında eManat şirkətinin İdarə Heyətinin üzvləri də ekosistemin inkişafı üzrə əldə olunan nailiyyətlər, onun gələcək inkişaf istiqamətləri və banklarla birgə əməkdaşlıqda tətbiq edilə biləcək innovativ həll və texnologiyalarla bağlı öz dəyərli fikirlərini iştirakçılarla bölüşmüşdür.