Домашняя страница /

Новости /

eManat terminallarındakı müvəqqəti problemlə bağlı açıqlama

eManat terminallarındakı müvəqqəti problemlə bağlı açıqlama

<b><span>eManat terminallarındakı müvəqqəti problemlə bağlı
açıqlama</span></b>
<b><span>eManat terminallarındakı müvəqqəti problemlə bağlı
açıqlama</span></b>
<b><span>eManat terminallarındakı müvəqqəti problemlə bağlı
açıqlama</span></b>

Yanvarın 6-sı saat 11:20–12:40 aralığında ölkə üzrə ümumi internet şəbəkəsində baş vermiş texniki nasazlıq səbəbilə eManat terminallarının fəaliyyətində müvəqqəti çətinliklər yaşanmışdır. Qeyd olunan vaxt ərzində istifadəçilər tərəfindən bir sıra ödəniş əməliyyatlarının icrasında müəyyən gecikmələr müşahidə edilmişdir.

Məlumat üçün bildiririk ki, baş vermiş problem eManat terminallarının texniki infrastrukturu və ya daxili proqram təminatı ilə əlaqədar olmayıb, internet provayderləri səviyyəsində baş vermiş ümumi şəbəkə nasazlığı nəticəsində yaranmışdır. Problemin qeydə alınmasından dərhal sonra müvafiq texniki komandalar tərəfindən operativ tədbirlər görülmüş, aidiyyəti qurumlarla sıx əməkdaşlıq çərçivəsində bərpa işləri aparılmışdır.

Görülən texniki işlərin nəticəsində nasazlıq qısa müddət ərzində aradan qaldırılmış, eManat terminallarının fəaliyyəti tam şəkildə bərpa olunmuşdur. Hazırda terminallar normal və fasiləsiz rejimdə istifadəçilərin xidmətindədir və bütün ödəniş əməliyyatları problemsiz şəkildə həyata keçirilir.