Birlikdə inkişaf edək.
Hal-hazırda aktiv təcrübə proqramımız yoxdur.
Hər zaman sənə dəstək olmağa hazırıq!
Gələcəyimizə töhfə veririk!
06/06/2022-ci ildə eManatda start vermiş "Yay təcrübə proqramı"na 14 nəfər namizəd ilə başladıq və 29.08.2022-ci ildə təcrübə müddətini bitiridik. Təcrübə proqramında: İT, İnsan resursları, Biznesin inkişafı və marketinq Rəqəmsal həllər üzrə müxtəlif sahələrə dair praktiki və nəzəri biliklərə yiyələnən təcrübəçilər üçün müxtəlif mövzuda daxili təlimlər də təşkil olunmuşdur. Təcrübə proqramının elanında da qeyd etdiyimiz kimi təcrübə müddətinin sonunda həmin strukturlarda elan edilmiş vakansiyalar üzrə bu təcrübəçilərdən uyğun olanı işə qəbul olunacaq. İşə qəbul olunan təcrübəçiləri təbrik edirik və birgə yeni uğurlara imza atmağı arzu edirik! Digər təcrübəçilərimizə də bizimlə birgə keçirdiyi dəyərli vaxtlarına, bizə qatdıqları dəyərə görə təşəkkür edir və uğurlar diləyirik!