KORPORATİV SOSİAL MƏSULİYYƏTİMİZ

Hər zaman ölkəmizin və gəncliyimizin davamlı inkişafına qatqıda olmağa çalışırıq

korporati̇v-sosi̇al-$'məsuli̇yyəti̇mi̇z'$
bu-dəfə-"salam-məktəb"-layihəsi-şəhidlərimizin-övladlarının-sevinci-oldu!

Bu dəfə "Salam Məktəb" layihəsi Şəhidlərimizin övladlarının sevinci oldu!

14 sentyabr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə "Salam Məktəb" layihəsi çərçivəsində torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin övladlarına sevinc və ümid bəxş etmək üçün onları bir yerə topladıq. Birlikdə şeir söyləyib, maraqlı oyunlar oynayaraq yeni tədris ilini salamladıq! Uşaqların təhsil sahəsində naliyyətlərinə dəstək olmaq, gələcəyə savadlı, özündən əmin fərdlər yetişdirmək bizim ali hədəflərimiz arasındadır.
uşaqlar-"novruz-masterklass-da"-iştirak-etdilər.

Uşaqlar "Novruz Masterklass-da" iştirak etdilər.

Baharın müjdəçisi olan Novruzu gələcəyin parlaq yaradıcıları ilə qarşıladıq! Əməkdaşlarımızın övladları ilə şəkərbura, paxlava, qoğal və yumurtalarımızı rəngləyib, birlikdə əyləncəli zaman keçirdik!
fibonacci-oyununda-həyəcanlı-anlar-yaşadıq!

Fibonacci oyununda həyəcanlı anlar yaşadıq!

Şirkətdaxili Fibonacci oyunu baş tutdu. Oyunumuzu pozitiv, enerjidolu və intellektual kadrlarımızla birgə reallaşdırdıq. Oyunumuz maraqlı və əyləncəli keçdi. Qalib olan əməkdaşlarımızı təbrik edirik!
komanda-ruhumuzu-hər-yerdə-nümayiş-etdiririk!

Komanda ruhumuzu hər yerdə nümayiş etdiririk!

10 sentyabr tarixində başlamış "Şirkətlər Liqası" futbol turnirində eManat futbol komandası da iştirak etmişdir. İş mühitində olduğu kimi yaşıl meydanda da layiqincə birlik və bərabərlik nümayiş etdirdikləri üçün hər bir komanda üzvümüzə minnətdarıq.
biz-evimizə-qayıdırıq!

Biz evimizə qayıdırıq!

eManat şirkətinin İdarə Heyətinin üzvləri Azərbaycan Fintex Assosiasiyasının təşkilatçılığı ilə 30 ilə yaxındır ki, həsrətini çəkdiyimiz Şuşaya səfər etmişdir.