Ödəniş terminallarının istifadə qaydaları.
1.1. Tərəflər arasında yazışmalar sosial şəbəkə hesabları, whatsapp, telefon zəngi və elektron poçt ünvanı vasitəsilə aparıla bilər. Əlaqə məlumatları dəyişərsə, müştəriyə bu barədə məlumat verilir.
1.2. Ödəniş terminalları qəpik qəbul etmir. Məbləğ qəpiklə olduğu halda, yuxarı yuvarlaqlaşmış vəsait daxil edilməlidir. Ödəniş zamanı yaranan qalıq məbləği müştəri xidmətlərinə yaxınlaşaraq geri ala bilərsiniz.
1.3. Ödəniş zamanı qəbz çap olunmayıbsa, itirilibsə, müştəri ofisimizə yaxınlaşaraq və ya whatsapp (050)404 4888 nömrəmizə şəxsiyyət vəsiqəsinin şəklini göndərərək ödəniş qəbzini əldə edə bilər.
1.4. Ödəniş terminalları xarici valyuta qəbul etmir. Xarici valyutalı hesablarına edilən ödəniş zamanı konvertasiya eManat tərəfindən aparılmır.
1.5. eManat terminalları yalnız mədaxil üçün nəzərdə tutulmuşdur.