
Bizi fərqləndirən dəyərlərimiz:
Sürətli inkişaf
İndividual yanaşma
Peşəkar komanda
Niyə eManat ?

01.
Rəqabətə davamlı əmək haqqı
02.
Tibbi/həyat sığortası
03.
Nahar təminatının qarşılaşması
04.
Rüblük istirahət tədbirləri
05.
Təlim imkanı

Təcrübə və bacarığınıza uyğun iş axtarırsınız?
Aşağıda qeyd olunan 'Açar' sözlər vasitəsilə sizə uyğun olan vakansiyalara baxa bilərsiniz
Hədəflərə doğru birlikdə addımlayaq!
YENİLİKLƏRİMİZ
Tez-tez verilən suallar
Öz vəzifəm üzrə hansı inkişaf planları var? Təlim xərcləri qarşılanırmı?
Hər departament və şöbə üzrə illik təlim büdcəsi ayrılır və əməkdaşların ildə 2 dəfə (öz ixtisası üzrə) təlim almaq imkanı var.
Sizcə namizədlərdə ən vacib xüsusiyyət hansıdır? (Siz namizəd seçərkən hansı xüsusiyyətlərə əhəmiyyət verirsiniz?)
Biz hər bir namizədin bilik və bacarıqlarını əsas tutaraq işinə məsuliyyətli yanaşmasını, daim inkişafa meylli və işgüzar olmasını əsas tuturuq.
Əməkdaşların qiymətləndirilməsi (vəzifə və əməkhaqqı artımı) neçə aydan bir olur?
Əməkdaşların əməkhaqqı artımı hər ilin əvvəlində və fərdi qaydada performans əsasında həyata keçirilir.
İş saatlarınız dəyişkəndirmi?
Qrup halda fəaliyyət göstərməyən hər əməkdaş (şöbə rəhbərinin razılığı ilə) dəyişkən iş saatları ilə işləyə bilər.
'Distant' işləmək imkanım varmı?
Bəli, ofisdə çalışan və fiziki işlə məşğul olmayan hər əməkdaş 'distant' işləyə bilər.
'Geyim kodeksi' (Dress code) tətbiq olunurmu?
İnkassasiya qrupu və Müştəri xidmətləri ön masa əməkdaşlarından başqa heç bir əməkdaşa xüsusi 'geyim kodeksi' tətbiq olunmur.
Bütün CV-lərə geri dönüş edilir?
Görüşdüyümüz bütün namizədlərə geridönüş edirik.
İşə qəbul prosesiniz neçə etapdan ibarətdir?
İşə qəbul prosesi əsasən 1 mərhələdən ibarət olur.