Gələcəyimizi birgə inkişaf etdirək

Karyera sərgilərinin bir parçasıyıq.

BDU
bdu

Əməkdaşlarımız Bakı Dövlət Universitetində Karyera sərgisində iştirak edərək gənclərə eManatın iş mühiti haqqında ətraflı məlumat təqdim edib. Eyni zamanda tələbələrə öz ixtisasları üzrə vəzifə tutmalarına dəstək olacaq bilik və bacarıqları əldə etmək üçün əməkdaşlarımız tərəfindən tövsiyyələr olunub.

BMU
bmu

Əməkdaşlarımız Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə ali təhsil ocağının "Kompüter və informasiya texnologiyaları" ixtisasının tələbələri ilə görüşüb. Görüşün keçirilməsində məqsəd universitetin "Kompüter və informasiya texnologiyaları" ixtisası üzrə bakalavr təhsili alan III və IV kurs tələbələrini şirkətlə, onun müvafiq proqramları ilə yaxından tanış etmək, həmçinin, şirkətimizdə təcrübə proqramı keçən tələbələrə məzun olduqdan sonra iş həyatlarında dəstək verməkdir.

ADA
ada

Amalımız ölkə gənclərinə hər zaman dəstək olmaqdır. ADA universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin 2, 3 və 4-cü kurs tələbələri ilə keçirilən görüşlə bu amala doğru daha bir addım atdıq. Tələbələrlə görüşün məqsədi gəncləri eManat şirkəti və şirkətimizdə başlayacaq “Təcrübə proqramı” barədə məlumatlandırmaq idi. Sual – cavab sessiyasında komandamızın texniki heyəti tələbələrin cavab axtardığı sualların bütün nəzəri və texniki detallarına aydınlıq gətirdilər.