

Fəaliyyət növü
Ödəmə sistemlərinin idarəedilməsi şöbəsinin mütəxəssisi
Son müraciət tarixi
2024-03-05
Ərazi
Bakı
İş növü
Tam iş günü
Öhdəliklər
• Sistemin arxitekturasını, işləmə prinsipini dərindən anlamaq
• Mövcud xidmətlərin düzgün işləməsini təmin etmək
• Digər ödəniş sistemlərinə inteqrasiyaların düzgün işləməsini nəzarətdə saxlamaq
• Təkrarlanan proseslərin avtomatlaşdırılması barədə həllər təqdim etmək, köməkçi alətlər hazırlamaq
• Ödəniş sistemlərində yeniliklər və dəyişiklikləri tətbiq etmək
• Daxil olan sorğu əsasında terminal proqram təminatının yenilənməsi
• Sistem proseslərinin analiz edilməsi, insidentlərin aşkarlanması, həll yollarının tapılması və sənədləşdirilməsi
• Terminal və mərkəzi sistemin loqlarının analizi
• Verilənlər bazasından tələb olunan məlumatların əldə edilməsi və analizi
•Komandanın birgə layihələrində yaxından iştirak
Tələblər
• Riyazi, alqoritmik və məntiqi düşüncə qabiliyyəti
• C#, Java və ya JavaScript proqramlaşdırma dillərindən ən azı biri ilə 1 ilə qədər təcrübə.
• Təməl SQL bilikləri
• Windows/Linux bilikləri
• Tapşırıqların idarə edilməsi alətləri ilə tanışlıq (Jira, ServiceDesk)
• Git versiya kontrol sistemi ilə təcrübə
• Web Servislər barədə geniş məlumat (SOAP, REST API)
• İnformasiya transfer protokolları ilə bağlı təcrübə və biliklər (HTTP(S), FTP)
• Məlumat mübadiləsi formatlarını bilmək (JSON, XML və s.)
•Xarici dil: Rus – əla, İngilis – yaxşı
İş şəraiti
• Ofis daxili;
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin təmin olunması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;