Ana Səhifə /

Xəbərlər /

"Telegram" botumuz artıq xidmətinizdə!

"Telegram" botumuz artıq xidmətinizdə!

<b>"Telegram" botumuz artıq xidmətinizdə!</b>
<b>"Telegram" botumuz artıq xidmətinizdə!</b>
<b>"Telegram" botumuz artıq xidmətinizdə!</b>

"eManat Bot" ila hələ də tanış olmamısan? Dəyərli istifadəçilərimizin rahatlığı üçün inkişaf etməyə davam edirik. Artıq sizin rahatlığınız üçün "eManat Bot" istifadəyə verildi!

Bugünki, sürətli həyatda ödənişləri təhlükəsiz şəkildə etmək vacibdir. Bunun üçün sizə "eManat Bot" xidmətini təklif edirik! Bu bot vasitəsilə ödəniş əməliyyatlarınızı idarə etmək və onları nəzarətdə saxlamaq indi çox asandır.

"eManat Bot"un Funksiyaları :

Ödənişin Statusu
Ən son texnologiyalarla təchiz edilmiş "eManat Bot" ilə artıq ödənişlərinizin statusunu öyrənmək çox daha sürətli və asandır. Bot vasitəsilə ödənişlərinizin hazırda hansı mərhələdə olduğunu öyrənə bilərsiniz. Əgər ödənişinizin statusunu öyrənmək istəyirsinizsə, aşağıdakı addımları izləyin:

  1. eManat BOTa daxil ol

  2.  Əməliyyat nömrəsini daxil et

  3. Terminal nömrəsini daxil et

  4. Ödənişinizin statusu haqqında məlumatı gör


Texniki Nəzarət
Əgər texniki məsələlərlə qarşılaşırsınızsa, "eManat BOT" sizə kömək etmək üçün buradadır. Aşağıdakı suallardan birinə cavab tapa bilərsiniz

  • Terminal qəbz vermədi

  • Terminalın sönməsi? 

  • Kartın terminalda qalması?

  • Terminal pul qəbul etmir 

  • Digər 


Problemli Ödənişlər
Problemli bir ödənişlə qarşılaşdınızsa, bot vasitəsilə bu məsələni dəqiq şəkildə həll edə bilərsiniz. Müştərilərə rahat və sürətli bir dəstək təmin etmək bizim əsas məqsədimizdir.

Terminal Quraşdırılması
Əgər bir terminal quraşdırmağa ehtiyacınız varsa, bot sizə lazım olan məlumatları təqdim edəcək və bu prosesi daha asan həll etmənizə kömək edəcək.

Terminalların Tapılması
"eManat Bot" vasitəsilə ən yaxın terminalları asanlıqla tapa bilərsiniz.

Əlaqə
Əlavə suallarınız və müraciətləriniz üçün "eManat Bot" ilə əlaqə saxlamaq çox rahatdır. Sizə dəstək təmin etməkdən məmnuniyyət duyarıq.

Ətraflı məlumat əldə etmək və "eManat Bot" dan istifadə etməyə başlamaq üçün linkə daxil ola bilərsiniz.