“Tea Talks 2.0” proqramı çərçivəsində tələbələr qonağımız oldu
Səfər zamanı gənclər şirkətimizin rəhbərliyi və əməkdaşları ilə tanış olaraq fəaliyyət istiqamətləri, şirkətin bazardakı mövqeyi və fintex sahəsində etdiyi yeniliklər haqqında ətraflı məlumat əldə etdilər. Karyera səfərində, həmçinin tələbələri, gələcək karyera imkanları, ödəniş sistemləri ilə bağlı maraqlandıran suallar da əməkdaşlarımız tərəfindən cavablandırılıb. Həmçinin, aktiv və potensial gənclərin müxtəlif layihələr və təcrübə proqramlarında iştirakına dəstək üçün yeni təcrübə proqramının elan olunacağı bildirilmişdir.