ABB Kredit Ödənişləri
ABB kredit
ABB-dən hərkəs rahat şəkildə və sərfəli şərtlərlə kreditlər əldə edə bilərlər. ABB hədəf kütləsinə online kredit, nağd kredit, avtomobil kredit, əmanətçi kredit limiti, əmanətçi nağd kredit və kart üzrə kredit limiti təklif edir.
Bəs ABB-dən kimlər kredit ala bilərlər?
- Əmək haqqını istənilən bank kartından alan və rəsmi gəliri olan şəxslər
- İşlədikləri müəssədə iş stajı ən az 6 ay olan şəxslər
- Yaşı minimum 20 və maksimum 70 olan şəxslər
Sərfəli kreditlərin, ödənişləri də sərfəli olmalıdır. ABB-dən əldə etdiyiniz kreditlərinizin ödənişlərini isə sürətli və etibarlı edin. Kredit ödənişləriniz gecikməsin.
ABB kredit ödənişi
Bəs ABB-dən götürdüyünüz kreditləri etibarlı və rahat şəkildə necə ödəyə bilərsiniz? Bunun üçün ödənişləri sürətli və etibarlı olan eManat terminallarına yaxınlaşmaq kifayətdir. Sizə ən yaxın olan eManat terminalına yaxınlaşırsınız və ABB kredit ödənişinizi həyata keçirirsiniz.
ABB kredit ödənişini etmək çətindir?
eManat terminalının interfeysi rahat və istifadəsi asandır. ABB müştəriləri rahatlıqla ABB kredit ödənişini eManatdan edirlər. eManat terminalından ABB kredit ödənişini müxtəlif xidmətlər vasitəsilə edə bilərsiniz.
Məsələn:
- Hesab nömrəsi
- Müştəri kodu
- Kredit kartı
Hesab nömrəsi ilə ABB kredit ödənişi
eManat terminalından ABB kredit ödənişini hesab nömrəsi ilə edəndə qarşınıza iki seçim çıxır.
- Qrafik üzrə ödəniş
- Qrafikdən kənar ödəniş
Siz qrafik üzrə ödənişi seçən zaman qrafikə əsasən ABB kredit ödənişinizi ödəyirsiniz. Lakin, qrafikdən kənar ödəniş seçən zaman qrafikə uyğun olmayaraq kreditinizi tez bitirmək isəyirsinizsə o zaman əlavə ödənişlər edə bilərsiniz.
Müştəri kodu ilə ABB kredit ödənişi
Müştəri kodu ilə ABB kredit ödənişini edən zaman sizin ABB-də olan bütün kredit hesablarınız görsənir və siz istədiyiniz hesabı seçərək kredit ödənişinizi edə bilərsiniz. Həmçinin, müştəri kodu xidmətini seçən zaman qarşınıza iki seçim çıxır.
- Qrafik üzrə ödəniş
- Qrafikdən kənar ödəniş
Qrafik əsasən ABB kredit ödənişlərinizi necə ödəyəcəyinizə siz qərar verin.
ABB kredit kart ödənişi
Kredit kart xidmətini seçən zaman iki seçim qarşınıza çıxacaq. Hesab nömrəsi və müştəri kodu seçimləri ilə kredit karta ödənişlərinizi həyata keçirə bilərsiniz.
ABB kredit ödənişi addımları
Aşağıdakı addımlara baxaraq eManat terminalına yaxınlaşıb rahatlıqla ABB kredit ödənişinizi ödəyə bilərsiniz.
ABB kredit ödənişi hesab nömrəsi
- Bank Xidmətlərinə daxil olun.
- ABB seçin.
- Kredit ödənişinə daxil olun.
- Hesab nömrəsi və FİN kod seçin.
- Qrafikə uyğun və kənar olmağını təyin edin.
- Hesab nömrəsi və FİN kodu təyin edin.
- Məlumatların düzgünlüyünü yoxlayın.
- Ödənişi edin.
- Qəbzi götürməyi unutmayın.
ABB kredit ödənişi müştəri kodu
- Bank Xidmətlərinə daxil olun.
- ABB seçin.
- Kredit ödənişinə daxil olun.
- Müştəri kodu və FİN kod seçin.
- Qrafikə uyğun və kənar olmağını təyin edin.
- Müştəri kodu və FİN kodu təyin edin.
- Kredit hesabınızı seçin.
- Məlumatların düzgünlüyünü yoxlayın.
- Ödənişi edin.
- Qəbzi götürməyi unutmayın.
ABB kredit kart ödənişi
- Bank Xidmətlərinə daxil olun.
- ABB seçin.
- Kredit ödənişinə daxil olun.
- Kredit kartı ödənişi
- Hesab nömrəsi və ya Müştəri kodu olmasını təyin edin.
- Məlumatları doldurun.
- Məlumatların düzgünlüyünü yoxlayın.
- Ödənişi edin.
- Qəbzi götürməyi unutmayın.
ABB kredit ödənişinin eManatdan etməyin üstünlükləri
ABB kredit ödənişlərini siz eManatdan ödəyərək üstünlüklərə sahib olursunuz.
- İstifadəsi rahat interfeys
- Qısa müddətdə ödəniş
- Sürətli və Etibarlı ödəniş
- 7/24 Dəstək
- Telegram Bot
ABB kredit ödənişlərinizi ödəyəndən sonra eManat telegram BOTa keçid edərək, ödənişinizin uğurlu olub-olmamasını yoxlaya bilərsiniz. Bunun üçün eManat bota daxil olursunuz, ödənişin statusu bölməsini seçirsiniz və əməliyyat nömrəsini daxil edirsiniz.