Ana Səhifə /

Xəbərlər /

Caspian Hospital ödənişləri eManatda!

Caspian Hospital ödənişləri eManatda!

<b>Caspian Hospital ödənişləri eManatda!</b>
<b>Caspian Hospital ödənişləri eManatda!</b>
<b>Caspian Hospital ödənişləri eManatda!</b>

Tibb sahəsində beynəlxalq standartları tətbiq edən Caspian International Hospital   tibbin bütün sahələri ilə, keyfiyyətli və gülərüz xidmət göstərən özəl tibb müəssisəsidir. Daim müştərilərin məmnuniyyətini düşünən, sürətli və etibarlı ödənişlərin tək ünvanı eManat və müasir tibbi texnologiyaları ilə fəaliyyət göstərən Caspian International Hospital    ödənişləri sizin üçün daha da asanlaşdırdı. 

Sağlamlıq xidmətləri təmin edən Caspian İnternational Hospital, müştərilərinin ödəniş prosesini daha sürətli, asan və təhlükəsiz şəkildə həyata keçirməsi üçün eManat terminallarını seçdi. Bu yenilikçi tədbirlər sayəsində müştərilər artıq tibbi xidmətlər üçün ödənişlərini mərkəz binasına getmədən ən yaxın eManat terminalı ilə  həyata keçirə bilərlər. eManat terminalları ilə Caspian İnternational Hospitalın ödəniş prosesi artıq bir neçə addımla yerinə yetirə bilərsiniz.

eManat terminalı ilə ödənişlərin əsas üstünlükləri:

1.Asanlıq və Əlçatanlıq: İstifadəçi dostu interfeysi ilə ödənişləri həyata keçirmək çox asandır. Klinikanın pasiyentləri terminalda onlara aid olan şəxsi məlumatlarını qeyd edərək bir neçə sadə addımla  ödənişlərini edə bilərlər.

2.Sürətli ödəniş. eManat terminalları vasitəsi ilə uzun sıralar gözləmədən Caspian İnternational Hospital ödənişlərinizi bir neçə dəqiqə ərzində tamamlaya bilərsiniz.

3.Təhlükəsizlik. Terminallarımızın təhlükəsizlik tədbirləri sizin şəxsi məlumatlarınızın ötürülməsinin qarşısını alaraq sizə daha güvənli ödəniş prossesini vəd edir.

Ödəniş addımları:

1. Sizə ən yaxın eManat terminalına yaxınlaşın.

2. Terminaldan ''Sığorta və səhiyyə'' bölməsinə daxil olun.

3. ''Xəstəxana'' ödənişlərini seçin.

4. Pasiyent nömrəsini daxil edin.

5. Məlumatın düzgünlüyünü yoxlayın.

6. Ödənişi edin.

7. Qəbzi götürməyi unutmayın.

eManat ilə sağlamlığınıza etbarli və rahat xidmət edin!