Ana Səhifə /

Xəbərlər /

Grand Hayat sakinləri üçün ödənişin rahat üsulu!

Grand Hayat sakinləri üçün ödənişin rahat üsulu!

<b>Grand Hayat sakinləri üçün ödənişin rahat üsulu!</b>
<b>Grand Hayat sakinləri üçün ödənişin rahat üsulu!</b>
<b>Grand Hayat sakinləri üçün ödənişin rahat üsulu!</b>

Grand Hayat ödənişləri 

Grand Hayat yaşayış kompleksi hazırda Bakının memarlıq və inşaat inciləri sayılır. Şirkətin əsas qaydalarından biri və uğura istiqamətləndirən dəyərlərindən biri keyfiyyət anlayışıdır. Sözsüz ki, sistemli inkişaf üçün keyfiyyətin qorunub saxlanması labüddür.

Bu məqsədlə, şirkət daim yenilikçi həllər axtarır və inşaat sektorunda ən son texnologiyalardan istifadə edir. eManat ilə birlikdə həyata keçirilən onlayn ödəniş təşəbbüsü, bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Grand Hayat ödəniş prosesi

Grand Hayat və eManat əməkdaşlığı, müştərilərə ödəniş prosesində maksimum rahatlıq və təhlükəsizlik təmin edir. Bu sayədə, Grand Hayat müştəriləri öz ödənişlərini sürətli, təhlükəsiz və rahat şəkildə həyata keçirə bilirlər. 

Artıq“Grand Hayat” mənzil ödənişlərinizi sizə ən yaxın eManat terminalına yaxınlaşaraq həyata keçirə biləcəksiniz. Sizə ən yaxın eManat terminalına yaxınlaşaraq bir neçə addımla sürətli ödənişlər edə bilərsiniz.

Ödəniş addımları

  1. Kommunal ödənişlərə daxil olun.

  2. Grand Həyatı seçin

  3. Ödəniş etmək istədiyiniz binanı seçin.

  4. Müştəri kodunuzu qeyd edin.

  5. Məlumatların düzgünlüyünü yoxlayın.

  6. Ödənişi edin.

  7. Qəbzi götürməyi unutmayın.

Grand Hayat onlayn ödəniş sistemi

Gündən-günə dəyişən texnoloji həyatda istifadəçi olaraq vərdişlərimiz sabit deyil, daim dəyişir. Texnoloji dünya bizi hər gün yeniliklərlə təəccübləndirir və öz prosesinə cəlb edir.Alış-veriş vərdişlərimizin dəyişməsi ilə alternativ ödəniş sistemlərinin ortaya çıxdığı artıq məlumdur. İndi onlayn keçid vasitəsilə ödənişlərinizi daha sürətli şəkildə edin.

eManat ödəniş terminallarının üstünlükləri nələrdir?

  • Asanlıq və Sürət: eManat terminalları, ödənişləri etməni sürətlə və çox asan bir şəkildə təmin edir. Bu, zaman itkisini minimuma endirməyə kömək edir.

  • Birbaşa Qəbul Edilən Ödənişlər: Grand Hayat Ödənişləri daxil olmaqla, əksəriyyət ödənişləri birbaşa qəbul etmək imkanı yaradır.

Nəticə olaraq, eManat terminalları, maliyyə əməliyyatlarını elektronlaşdırmağın asan, təhlükəsiz və sürətli bir yolunu təqdim edir. Bu terminallar, Grand Hayat Ödənişləri daxil olmaqla bir çox ödənişi birbaşa qəbul edir və insanların həyatını daha rahat və effektiv edir.

Ödənişləriniz də mənziliniz qədər rahat olsun!

Bizlərə tez -tez verilən suallar

  • eManat terminalları ilə ödənişlərim nə qədər təhlükəsizdir?

eManat terminalları yüksək təhlükəsizlik standartlarına malikdir. Kart məlumatlarınız və şəxsi məlumatlarınız tam qorunur.

  • eManat terminallarında Grand Hayat ödənişini edərkən komissiya haqqı mövcuddur?

Grand Hayat ödənişini edərkən eManat tərəfindən heç bir komissiya haqqı tutulmur.

  •  Ödənis statusunu haradan görə bilərəm?

Ödəniş Statusunu telegram botdan  7/24 öyrənə bilərsiniz.

  • Grand Hayat ödənişlərini online şəkildə həyata keçirə bilərəm?

Əlbəttə ana səhifəyə kecid edərək ödəniş prosesini həyata kecirə bilərsiniz.