Şirkətimiz Mərkəzi Bank tərəfindən müddətsiz elektron pul təşkilatı lisenziyası almışdır.
Şirkətimiz Mərkəzi Bank tərəfindən elektron pul təşkilatı lisenziyası alıb
Azərbaycan Repsublikasının Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Qanununa əsasən, Azərbaycan Repsublikasının Mərkəzi Bankının müvafiq tələblərinə uyğun olaraq nağd və nağdsız ödəniş sistemi üzrə ilk Elektron Pul Təşkilatı lisenziyasını şirkətimiz "Modenis MMC" alıb.
Qərara uyğun olaraq, lisenziya müddətsiz verilib.
"Modenis MMC" olaraq hazırda kommunal, bank, dövlət, internet və digər ödəniş xidmətlərinin etibarlı və rahat şəkildə həyata keçirilməsini müştərilərimizə təqdim edirik.
Qeyd edək ki, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aşağıdakı ödəniş xidmətlərinin həyata keçirilməsi hüququ verir:
- Ödəniş əməliyyatının ekvayrinqi;
- Elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası.